
Fransız nazir də koronavirusa yoluxdu
Fransanın Mədəniyyət naziri Frank Riester də koronavirusa yoluxub.
Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda müşahidə altında olan nazirin durumunun stabil olduğu bildirilir.
Qeyd edək ki, daha öncə Fransa parlamentinin deputatı Jan-Lük Reytser də koronavirusa yoluxub.
Xatırladaq ki, sözügedən ölkədə 25 nəfər koronavirusdan dünyasını dəyişib.























