Fuad Muradova 6 il 6 ay həbs verildi  

image-3backend
image-ad_qayo_720x110px

Yeddi nəfəri şantajda təqsirləndirilən, özünü Milli Fədailər Hərəkatının rəhbəri kimi təqdim edən Fuad Muradovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Busaat.az-ın  məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Fuad Muradov 6 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F.Muradov 2023-cü ilin oktyabrında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki