Fulya Öztürkün bu addımı tənqid edildi – VİDEO

image-1490060backend

“CNN Türk” jurnalisti Fulya Öztürkün Türkiyə-İraq sərhədindən hazırladığı reportaj zamanı dedikləri tənqid edilib.

Busaat.az bildirir ki, jurnalist əməliyyatların getdiyi bölgələrdən danışarkən deyib:

“Hakurka yaxın bir yerdəyik. “Pençe Kilit”ə yaxın nöqtədəyik. Danışmaqda belə çətinlik çəkdiyimiz nöqtədəyik. Bölgədə şərtlər çox çətindir. Türk əsgəri və jandarma növbə tutmağa davam edir. Gecə şərtlər daha da çətinləşir. Az əvvəl danışdığımız heyət əraziyə çıxdı”.

Onun bu sözləri sosial mediada müzakirə edilib, insanlar onu hərbi əməliyyatla bağlı detalları ifşa etməkdə günahlandırıblar. Tanınmış aparıcı və jurnalist Cüneyt Özdemir də Fulyanı tənqid edənlərdən olub. O, qeyd edib:

“Reportaj zamanı hadisədən danış, özündən yox. Öz duyğularını çox bəlli edirsən, sonra da hadisə yox, sən danışılırsan”.

Qeyd edək ki, “Pençe Kilit” əməliyyatı ərazisində terrorçularla çıxan atışmalarda Türkiyə Silahlı Qüvvələrinin 9 əsgəri şəhid olub, 4 əsgər yaralanıb. Bundan sonra Türkiyə ordusu əməliyyatlara başlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90