Braziliyanın “Qremio” klubunun futbolçuları “San-Luis”lə ştat çempionatının oyununa maska taxaraq çıxıblar.
Qol.az xəbər verir ki, bununla onlar oyunların dayandırılmamasına etiraz ediblər. Komandasının 3:2 hesablı qələbəsindən sonra keçirilən mətbuat konfransında “Qremio”nun baş məşqçisi Renato Portaluppi bildirib:
“Biz maskanı ona görə taxdıq ki, hokumətə futbolçuların da insan olduğunu göstərək. Biz koronavirusdan sığortalanmamışıq. Stadionları bağlamağın mənası yoxdur. Düzdür, bununla azarkeşləri qoruyuruq. Amma futbolda işləyənlər kiminsə vecinə deyil. Bütün dünyada futbol dayanıb. Braziliya niyə əksinə hərəkət etməlidir?”
Qeyd edək ki, bu oyundan sonra Braziliya Futbol Konfederasiyası öz bayrağı altında keçirilən yarışların dayandırıldığını elan edib. Amma bildirilib ki, ştat çempionatı onların tabeliyində deyil. Buna görə də həmin turnirlə bağlı qərar verə bilməzlər.