Məzmuna keç
  • Brent neft95.51 $▲0.25%
  • WTI neft88.51 $▲0.19%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.125 $▼1.04%
  • Qızıl3 867 $▼0.08%
  • Gümüş47.66 $▲0.72%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda591.00 ¢▲0.72%
  • Bitcoin64 447 $▼1.33%
  • Ethereum1 804 $▼1.67%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

Füzuli, Laçın, Zəngilanda hərbçilərin yürüşləri olacaq

image-mn
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

8 Noyabr – Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində, eləcə də Gəncə, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunacaq.

Bu barədə Busaat.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, hərbi qulluqçular hərbi orkestrlərin müşayiəti ilə noyabrın 8-i saat 10:00-dan 12:00-dək Bakı şəhərində aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

– Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “AMAY” Ticarət Mərkəzi;

– Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli;

– Q.Musabəyov parkı – Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı;

– “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev sarayı – İ. Nəsimi heykəli – Neftçilər prospekti.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=127204