Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi

image-1645536128-millimeclisbackend

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib..

Busaat.az xəbər verir ki, iclasda 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib.

Büdcə zərfinə “2023-cü ilin dövlət büdcəsi haqqında”, ” 2023-cü il üçün yaşayış minimumu haqqında”, “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

İclasda hökumət üzvləri də iştirak ediblər.

Milli Məclis “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. /Report/

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90