“Gənc Liderlər üçün Yay Universiteti”nin üçüncü günü başa çatıb

image-o_1g8fsadhj1ucgmfjfl7adadqp-768x403backend

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”nin üçüncü günü müxtəlif təlimlər və panel müzakirələr ilə davam edib.

Panel və təlimlərdən ibarət olan görüşlərdə iştirak edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva  “Azərbaycanda vətəndaş cəmiyyəti: reallıqlar, perspektivlər”, Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının vitse-prezidenti Pərvin Şərifov “Uğurun açarı”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rövşən Nəcəfov “Səhvlər və təcrübələrin gələcək üçün inşa etdiyi körpü”, Bank VTB (Azərbaycan) ASC-nin Tərəfdaşlarla iş şöbəsinin müdiri Rasim Xammədov “Maliyyə bazarlarında rəqəmsallaşma tendensiyaları və innovasiyanın tətbiqi” mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.

Günün sonunda “Enerjini Paylaş” devizi ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli anlar yaşanıb.

Qeyd edək ki, “Davam” Gənclər Hərəkatı layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə layihənin tərəfdaşları olan Azərbaycan Respublikası Naftalan şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər Gənclər və İdman İdarəsi kimi dövlət qurumları və Bank VTB (Azərbaycan), “Badamlı Mineral Sular”, “Az-Granata” kimi biznes subyektlərinə öz təşəkkürünü bildirir.

o 1g8fsadhjt0c1l8d1kmkckg18jaro 1g8fsadhi13pi188jh7gpoe5teoo 1g8fsadhj1ucgmfjfl7adadqpo 1g8fsadhj10gd1esv7ctoco9nvqo 1g8fsadhk1k315nk1ndh933bc712o 1g8fsadhj19ne1mv61afd1gjrhev11o 1g8fsadhjg4ruag173j10sq16r0to 1g8fsadhjaga18l5932ocebl8uo 1g8fsadhj1qf5gje1aomgtcm7avo 1g8fsadhjc9ripg6vv1hp51qqs10o 1g8fsadhk30v1ql3qgf1pl11n1r13o 1g8fsadhk15i5c0b1e6tds9n214o 1g8fsadhk16h51i8h1mrcmeu1vrh16o 1g8furh40agl16eokio8tp1f8ra


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki