Müşfiq Abbasov həmin məşhur cinayət işini də aparıbmış — Xalq artistinin adı keçirdi  

image-abbasovbackend

Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli  müğənni  İlhamə  Quliyevanın  vəfatının  növbəti ildönümü  ərəfəsidir.

Oxu24.com bu ərəfədə  Xalq artistinin  mətbuat katibi  olmuş və müğənni  ilə qalmaqallı şəkildə yolları ayrılan, həbsxanaya  düşən  tanınmış  jurnalist  Mehriban Bəylərqızı ilə müsahibə aparıb.

O,müsahibəsində İlhamə Quliyevanın şikayəti əsasında həbs olunduğu dövrdə ona açılmış cinayət işinin istintaqını aparan müstəntiqlərdən də danışıb.Onun müsahibəsindən bəlli olur ki,müstəntiqlərdən biri dünən həbs olunan  Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov olub.

Həmin müsahibədən bir hissəni təqdim edirik:

Əvvəlki bölümü buradan oxuya bilərsiniz.

…Mehriban xanım,cinayət işinizin araşdırmasını kim aparırdı?

meh2 1771917995

-Çox qəribə bir hal yaşandı.Mən həbs olunduqdan sonra işimə baxan müstəntiqlər dəyişdilər.İşə baxan birinci müstəntiq mənim günahsız olduğumu demişdi.Sonradan iş ondan alındı,başqasına verildi.Sonradan gələni də dəyişdilər…

-Səbəb nə idi?Niyə dəyişirdilər müstəntiqləri?

-Əslində mənə də aydın deyil. Maraqlısı odur ki,müstəntiqlər mənim həbs olunmağım üçün əsas tapa bilmirdilər.Hamısı qarşı tərəfin uydurduğu saxta ittihamlar idi…Həmin dövrdə “Nardaran” hadisələri baş vermişdi.Məlum  hadisə ilə bağlı araşdırmaya müstəntiqlər ayrılırdı.Bu,səbəbdən də mənim işim onlardan alınmışdı.

-Bəs,sizə açılmış cinayət işinin istintaqını kim apardı?

-Müşfiq Abbasov…

– Necə getdi istintaq,razı qaldınız?

-Mənə qarşı çox haqsızlıqlar oldu.Müşfiq Abbasov əslində məni qanuni əsaslarla azadlığa buraxa bilərdi.Amma etmədi…

-Daha dəqiq desək…Hansı  əməllərdən narazı qaldınız?

-Mən tələb edirdim ki,üzləşmə aparılsın,şahid varsa,dindirilsin .Amma sanksiya müddətində Müşfiq Abbasov məni heç kimlə üzləşdirmədi…Hər dəfə sanksiya müddəti əsassız olaraq uzadılırdı. Axırda da işi verdi məhkəməyə. Sonda ədalətli məhkəmə və İlahi ədalət sayəsində azadlığa çıxdım…

Müsahibənin tam versiyasını yaxın zamanda Oxu24.com saytında oxuya bilərsiniz.

Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasovun həbs olunması barədə məlumat vermişdik.

Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib.

Qərara əsasən, M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib.

Qeyd edək ki, M.Abbasov əvvəllər də rüşvət alma ittihamı ilə həbsdə olub.

Müsahibəni apardı: Miri Məcidli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki