“Gəncəni bombalamaq hərbi cinayətdir”- Pakistan səfiribackend

“Bütün dualarımız gəncəlilərlədir. Beynəlxalq hüquqa əsasən, dinc əhalini bombalamaq hərbi cinayətdir”.

Busaat.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye “Twitter”də yazıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan ərazisindən Gəncə şəhərinə bir neçə raket atılıb.