Girov götürülən 15 türkiyəli dənizçi xilas edildi

image-korsanbackend

Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan “Mozart” gəmisində girov götürülən 15 türk dənizçi xilas edilib.

Busaat.az xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.

Yanvarın 23-də təşkil edilən hücumdan sonra heyətdən bu gün xoş xəbər alınıb. 15 dənizçi dəniz quldurlarının əlindən heç bir zərər görmədən xilas olunub. Onların vəziyyətinin yaxşı olduğu bildirilir. Onlar 2-3 gün içərisində İstanbula gətiriləcəklər.

Xatırladaq ki, Qvineya körfəzində “Mozart” konteyner gəmisinə hücum zamanı gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfər Türkiyə vətəndaşını isə qaçırmışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90