“Google Chrome”da təhlükəsizlik boşluğu aşkar edildi

image-google-gorseller-karsilastirma-imkani-sunacakbackend

“Google Chrome” brauzerində təhlükəsizlik boşluğu aşkar edilib.

Busaat.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, “Chrome” brauzerinə hər an kiberhücumun baş verə biləcəyini istifadəçilərin diqqətinə çatdırılıb.

CVE-2022-1096 kimi müəyyən edilən bu boşluq JavaScript mühərrikində yerləşir və haker qruplarına məlumdur.

Qeyd edək ki, dünya miqyasında “Chrome” brauzerinin təxminən 3 milyarddan çox istifadəçisi var.

Bizim.Media

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90