
Google Rusiya saytlarını axtarış nəticələrindən silmədiyini bildirib
“Google Rusiyanın saytlarını axtarış nəticələrindən silməyib və vəziyyəti başa düşür”
Busaat.az Novosti-yə istinadən xəbər verir ki, bu barədə Google-un mətbuat xidməti bildirib.
Bundan əvvəl məlumat vermilmişdi ki, mövcud məlumatlara əsasən, Amerikanın Google axtarış sistemi Rusiya Federasiyası Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin saytlarını Rusiya auditoriyası üçün axtarış nəticələrindən çıxarıb.
“Biz bu internet səhifələri ilə bağlı heç bir tədbir görməmişik və vəziyyəti araşdırırıq” – deyə Google şirkətindən bildiriblər.
Sərvinaz Hacalıyeva
Busaat.az























