Mikayıl Xıdırzadə 1911-ci ildə Gədəbəyin Miskinli kəndində anadan olub. Gədəbəy rayon Miskinli Kənd 1- saylı tam orta məktəbində və əmisi Molla Məhəmməd bəyin öz vəsaiti hesabına tiktirdiyi və maaşını öz hesabına verərək işə götürdüyü müəllimin olduğu Molla Məhəmməd məktəbində təhsil almışdır. Həmin məktəbdə 12 elm xadimi yetişmişdir . Əmisi oğulları Almaniyada ilk təhsil almış Azərbaycanlı 1935-1938 – ci illərdə səhiyyə naziri Müseyib Hüseynov, Əməkdar elm xadimi professor Məhərrəm Hüseynov, Sosial təminat naziri Rəhim hüseynov, Görkəmli həkim professor Oskar Hüseynov və,s şəxsiyyətlər yetişib. Orta məktəbi bitirdikdən sonra Mikayıl Xıdırzadə M.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. O, M.Lomonosov adına Moskva Dövlət Universitetinə daxil olan ilk Azərbaycanlı olub. Burda oxuduğu zaman müəllimləri onu Mixayıl Lomonosova bənzədir və Mikayıl müəllimə “Mixayıl” deyə səslənirlər.
1937-ci ildə ali təhsilini bitirdikdən sonra Mikayıl Xıdırzadə Bakıya dönmək istəyir , lakin müəllimləri ona icazə vermir. Mikayıl müəllim ona vətəndə daha çox ehtiyacın olduğunu və getməyinin vacib olduğunu bildirir, 1937-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, 1938-ci ildən isə dekan kimi çalışıb. Mikayıl müəllim fakultənin ilk Azərbaycanlı dekanı olub. Mikayıl müəllim vətənpərvər ziyalılarımızdan idi. O hər zaman dərs zamanı öz tələbələrinə vətənpərvərliyi aşılayırdı . Mikayıl müəllim imkanı olmayan rayondan gələn tələbələrini dərs başlayandan bitənə kimi öz evində qalmasını təmin edirdi. Və imkanı olmayan tələbələrinə hər zaman maddi yardım göstərərdi. Az müddətdə xeyli riyaziyyatçı yetişdirə bilib. Onun ən məşhur tələbələrindən biri
Professor, Azərbaycan SSR EA-nın müxbir üzvü Qoşqar Əhmədov olub. Qoşqar Əhmədovun elmi-tədqiqat işlərinə marağın oyanmasında, müəllimi Mikayıl Xıdırzadənin əvəzsiz xidmətləri olmuşdur. 1936-cı ildə Qoşqar Teymur oğlu Əhmədov Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin “Riyaziyyat” bölməsinə və Tibb İnstituna daxil olmuşdur. (O vaxt eyni zamanda iki institutda oxumağa icazə verilirdi) Qoşqar Əhmədov bir il bu ali məktəblərin hər ikisində əla qiymətlərlə oxuyub. Lakin bir ildən sonra eyni zamanda iki ali məktəbdə təhsil almaq qaydasına son qoyulub. Müəllimi Mikayıl Xıdırzadənin təkidi ilə Qoşqar Əhmədov, Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin “Riyaziyyat” bölməsində təhsilini davam etdirməli olur. Mikayıl müəllimin fəal olması vətənpərvər olması və öz tələbələrinə vətənpərvərliyi aşılamsı o vaxt ki, dövr üçün təhlükəli hesab olunurdu. Mikayıl müəllim isə öz yolundan dönmür və özünü hə zaman vətəni üçün qurban verməyə hazır olduğunu bildirib. 1937- ci il və sonraları Azərbaycanın vətənpərvər və ziyalı, talantlı, intellektual insanları üçün təssüf ki, o qədərdə yaxşı olmur. Və o dövrdə baş verən hadisələr Mikayıl müəllimdən də yan keçməyib , Mikayıl müəllimin adını repressiyaya məruz qalacaq insanların, dəyərli elm xadimlərimizin siyahısına əlavə edirlər. Mikayıl müəllim düşünür ki, vətən xaini damğası vurularaq ölməkdənsə qəhraman kimi ölmək şərəfli ölümdür. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayarkən səfərbərliyə cəlb olunmamaq hüququna malik olmasına baxmayaraq, Mikayıl Xıdırzadə könüllü olaraq ordu sıralarına yazılıb və cəbhəyə yollanıb. Özünü rəşadətli döyüşçü kimi göstərərək topçu bölüyünün komandiri olub və bir neçə orden və medalla təltif olunub. M.Lomonosov adına Moskva Dövlət Universitetinin – müəllimləri və rəhbərliyi Mikayıl müəllimon döyüşlərdə olduğunu öyrənirlər. Və onun arxasınca heyət göndərirlər ki, Mikayıl müəllimi gətirsinlər. Lakin, Mikayıl Xıdırzadə 1944-cü ildə Belarusiyanın Vitebsk şəhəri uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur. Belarusiya, Vitebsk şəhəri, Oktyabr sovetliyi ərazisində dəfn edilir. Oğlu Zaur Xıdırzadə xatirəsini əbədiləşdirmək üçün Miskinli kənd qəbiristanlığında Mikayıl müəllimin atasının və qardaşlarının yanında məzar daşını qoydurur. Ölümdən sonra Sovet İttifaqı Ali Sovetinin Rəyasət heyətinin qərarı ilə 26 fevral 1946 və 15 avqust 1947- ci illərdə orden ilə təltif edilmişdir. Azərbaycan müstəqil olduqdan sonra Ümumi milli lider Ulu öndər Heydər Əliyev repressiya qurbanlarının, və sovet dövründə haqsızlıqlara məruz qalmış elm xadimlərimizin xatirəsini əbədiləşdirmək üçün bir çox işlər görmüşdür. Və Cənab Prezidentimiz İlham Əliyev Ulu öndərin siyasətinin davamçısı olaraq tariximizə və tarixi şəxsiyyətlərimizə yüksək dəyər verir. 29 sentyabr 2012-ci ildə Gədəbəy rayon Mədəniyyət evində 100-illik yubleyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə, alimlər, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.Gədəbəy Rayon İcra Başçısının 31 iyul 2014-cü il tarixli, 205- nömrəli Sərancamı ilə Gədəbəy şəhərində küçlərin birinə Mikayıl Xıdırzadənin adı verilmişdir. Oxuduğu Miskinli kənd 1-saylı tam orta məktəb Mikayıl Xıdırzadənin adını daşıyır .
https://az.m.wikipedia.org/wiki/Mikay%C4%B1l_X%C4%B1d%C4%B1rzad%C9%99