Gültəkin Hacıbəyli karantinin uzadılmasına niyə sevinir? – VİDEObackend

Milli Şuranın ölkədə karantin rejiminin uzadılmasının müzakirə olunduğu zoom-konfransından yeni kadrlar yayımlanıb.

Busaat.az  xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan kadrlarda Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli karantin rejiminin uzadılmasından şövqlə danışır.

Hacıbəylinin iddiasına görə, karantin rejiminin uzadılması ölkədə sosial narazılığı daha da gücləndirəcək və bu, Milli Şuraya sərf edir:

“Karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışığı çətinləşir, bu da açığı, birmənalı olaraq bizə sərf edir. Evində oturan insanların işləməyən, pulu azalan adamların etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s.

Buna sevinmək lazımdı. Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, dövlətin yaxasına çökək, hay-küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə də təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın, karantinin uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq bizim xeyrimizədir”.

 

Xalq-Demokratik Partiyasının (AXDP) sədri Rafiq Turabxanoğlu Yenicag.az-a açıqlamasında Milli Şura üzvlərinin, konkret olaraq, Gültəkin Hacıbəylinin karantin rejiminin uzadılmasına “coşqulu” yanaşmasını savadsızlıq kimi qiymətləndirib:

“Pandemiya ilə əlaqədar karantin rejiminin uzadılması dövlətin zəruri bildiyi qərardır. Karantin rejiminin uzadılmasının səbəbi insan ölümlərinin və yoluxma hallarının artmaması ilə bağlıdır. Gültəkin Hacıbəyli karantin rejiminin uzadılmasına fərqli yanaşırsa, özü bilər. Hər halda məlum məsələdə dövlət xüsusi imkanlarından çıxış edir və vətəndaşlarını qorumağa çalışır. Bu baxımdan, dövlətin tətbiq etdiyi qaydalara əməl etmək vacibdir.

Ümumiyyətlə, karantin rejimini siyasiləşdirmək çox yersiz işdir. Ona görə də çalışmaq lazımdır ki, xalq düzü səhvdən ayıra bilsin. Karantin rejimi sırf Azərbaycanda tətbiq olunsaydı, siyasiləşdirilməsi başadüşülən olardı. Lakin hazırda dünyanın az qala bütün ölkələrində karantin rejimi tətbiq olunub. Gültəkin Hacıbəyli kimilər yəqin ki, bu məsələni bilmirlər. Karantin rejimini ciddi qəbul etməmək savadsızlıqdan irəli gəlir”.