“Düşünürəm ki, Rusiya-Ukrayna savaşı gələn il başa çatacaq”.
Busaat.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına açıqlamasında Ukraynada müharibənin bitəcəyi tarixi açıqlayıb.
O, bildirib ki, beynəlxalq aləmdə ölkələr arasında münasibətlərin bərpası ABŞ-dəki prezident seçkiləri və Ukraynadakı müharibə bitəndən sonra baş verəcək.
“Müharibədən sonra istənilən administrasiya ilə münasibətləri bərpa etmək daha asan olacaq. Əsas odur ki, münasibətlərin bərpasına heç nə mane ola bilməz”, – deyə Kobaxidze qeyd edib.