Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft109.55 $▼0.15%
  • WTI neft100.07 $▼0.71%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.058 $▲0.69%
  • Qızıl4 073 $▲1.07%
  • Gümüş54.53 $▲1.44%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.00 ¢▼0.57%
  • Bitcoin80 803 $▲0.99%
  • Ethereum2 348 $▲1.21%
  • S&P 5007 723▲0.60%
15°Bakı
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
Dünya

Gürcüstan Ukraynaya silah dəstəyi verə bilməz - Deputat

image-georgia-and-ukraine
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gürcüstan Ukraynaya hərbi yardım göstərə bilməz və göstərməyəcək.

Busaat.az xəbər verir ki, bunu Gürcü Arzusu Partiyasının parlament fraksiyasının sədri Mamuka Mdinaradze deyib.

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov bildirib ki, Kiyev Tbilisidən dəfələrlə hərbi və ya ikiməqsədli avadanlıqla təmin olunmasını istəyib, lakin sorğular cavabsız qalıb.

Mdinaradze jurnalistlərə deyib: “Gürcüstan Ukraynaya tam və mütləq siyasi dəstək verir. O, həmçinin öz imkanlarından artıq humanitar yardım göstərir, lakin biz hərbi yardım göstərə bilmərik və etməyəcəyik”.

Onun sözlərinə görə, hərbi yardımdan imtinanın səbəbi Gürcüstanın Abxaziya və Cənubi Osetiya kimi problemlərinin olmasıdır.

Kiyev və Tbilisi arasında gərginlik Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin fevralın 25-də ölkənin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmadığını, çünki onun milli maraqlarının bunu tələb etdiyini söyləməsindən sonra yaranıb. Martın əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Tbilisidəki səfiri İqor Dolqovu geri çağırıb. Buna səbəb Gürcüstan hökumətinin sanksiyalarla bağlı “əxlaqsız mövqeyi” və onların Ukraynaya döyüşmək üçün gedən könüllülərə maneələr yaratması göstərilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93143