Gürcüstanda deputatlığa namizəd Zaur Darğallının seçkiöncəsi təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

Gürcüstanda deputatlığa namizəd Zaur Darğallının seçkiöncəsi təbliğat-təşviqat kampaniyası uğurla davam edir.backend

Busaat.az xəbər verir ki, görüşlər Marneuli və Qardabaninin kəndlərində həyata keçirilir. Görüşə qatılan yüzlərlə insan namizədə etiramını bildirməklə yanaşı mövcud olan problem və təkliflərini də irəli sürürlər.
Bu gün görüşlər azərbaycanlıların sıx yaşadığı Qardabanidə həyata keçirildi. Görüşə ziyalılar, gənclər, fəallar qatılaraq namizədə təklif və istəklərini bildirdilər.
Qeyd edək ki, son illərdə Qardabanidə bir çox infrastruktur layihələri həyata keçirilibdir, illərlə həllini gözləyən bir çox problem çözülübdür, lakin görüləcək bir çox problem var ki, bu haqda namizəd çıxışında həlli istiqamətində atacağı addımlarla bağlı əhaliyi tanış etdi.

“Mən vurğulamaq istərdim ki, yeni tikilən uşaq bağçaları, tənzimlənən içməli su şəbəkələri, bərpa olunmuş yolların bir çoxu məhz Qardabani Munisipalitetində həyata keçirilib. Qardabaninin böyük inkişaf potensialı var və bundan daha səmərəli istifadə etmək lazımdır.

Mən fəxr edirəm ki, qardaşlığa, birliyə, yan-yana durmağa və zəhmətə ən çox dəyər verilən bir Munisipalitetdə yaşayan vətəndaşların Parlamentdəki səsi olmaq fürsəti əldə etmişəm.

Qardabanidə, insani dəyərlər çox qiymətləndirilir, bu səbəbdən ölkənin ən yüksək qanunverici orqanında hər bir Qardabanlının ləyaqətli səsi olmaq istəyirəm”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90