Gürcüstanda etirazçılar aksiyalarda həbs olunanların azadlığa buraxılmasını tələb ediblər

image-1backend
image-ad_qayo_720x110px

Busaat.az xəbər verir ki, Gürcüstanda Aİ-yə üzvlük müzakirələrinin başlanması prosesinin hökumət tərəfindən 4 illiyinə dayandırılmasına qarşı 28 noyabr 2024 tarixində başlayan aksiyalar 46-cı gününü geridə qoyub. Tbilisi və Batumi şəhərlərində nümayişçilər parlament seçkilərinin yenidən keçirilməsini tələb edib. Nümayişçilər həmçinin həbsdə olanların azadlığa buraxılmasını tələb edirlər.

Həbs olunanların yaxınları və bəzi nümayişçilər Tbilisidə bir restoranda toplaşan hakimlərə etiraz ediblər. Etirazçılar hakimləri hökumətə xidmət etməkdə ittiham ediblər. Həbsdəki nümayişçilərin sərbəst buraxılmasını tələb edən etirazçılar restorandan çıxmağa başlayan bəzi hakimlərə yumurta atıblar. Hadisə yerinə gələn polis qrupları hakimlərin binadan çıxmasını təmin etmək üçün təhlükəsizlik tədbirləri görüblər. Bir neçə nümayişçi saxlanılıb.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ), Amerika Birləşmiş Ştatları (ABŞ), keçmiş Gürcüstan prezidenti Salome Zurabişvili və müxalifət hakim Gürcü Arzusu Partiyasının qazandığı parlament seçkilərinin nəticələrini qəbul etmir və hökumətin Aİ-yə üzvlük müzakirələrini dayandırmasına etiraz edir. Gürcüstan Baş naziri İrakli Kobaxidzenin hökuməti isə Qərbin dəstəklədiyi bəzi qüvvələr, keçmiş prezident Zurabişvili və müxalifəti hökuməti küçə etirazları ilə devirməyə çalışmaqda ittiham edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki