Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.28 $▲1.68%
  • WTI neft86.45 $▲1.69%
  • Avropa qazı (TTF)84.42 €▲0.45%
  • Təbii qaz (ABŞ)3.163 $▲2.46%
  • Qızıl3 866 $▼0.29%
  • Gümüş47.38 $▼0.22%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda611.00 ¢▲1.92%
  • Bitcoin63 689 $▼1.74%
  • Ethereum1 784 $▼1.89%
  • S&P 5007 336▼1.14%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Siyasət

Hadı Rəcəblinin qardaşı qızının 300 minlik qalmaqalı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Milli Məclisin sabiq deputatı Hadı Rəcəblinin qardaşı qızı Firuzə Rəcəbli 2014-cü ildə “Zaminbank” ASC-dən götürdüyü külli miqdarda krediti ödəməkdən boyun qaçırır.

Busaat.az index.az-a istinadən xəbər verir ki, kreditin əsas məbləği 300 000 manat, hesablanmış faizlərlə birgə isə 440 000 manat təşkil edir.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Zaminbank” ASC-nin lisenziyası ləğv edilib. Ləğvetmə prosedurunu Əmanətlərin Sığortalanması Fondu icra edir.

Kreditini ödəməkdən boyun qaçıran Rəcəbli bildirib ki, borc üzrə iddia müddəti bitib. Beləliklə, Fond Firuzə Rəcəblini 2018-ci ildə məhkəməyə verib. Lakin məhkəmələr Rəcəblinin lehinə qərar çıxarıb.

Maraqlıdır ki, bu yaxınlarda Ali Məhkəmənin çıxardığı qərara əsasən, iş baxılması üçün yenidən apellyasiya məhkəməsinə göndərilib.

Qeyd edək ki, Firuzə Rəcəblinin atası və Hadı Rəcəblinin qardaşı Lənkəran Maliyyə İdarəsinin rəisi İqbal Rəcəbovdur. O, son parlament seçkilərində Lənkəranın 73-cü dairəsinin namizədlərinə və onların nümayəndələrinə qarşı təhdid və hədə-qorxu ilə yadda qalıb.//index.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=11876