Hataydakı yanğın nəzarət altına alındı

image-hataybackend

Türkiyədə Hatay vilayətinin Kırıkhan bölgəsində səhərə yaxın başlayan yanğın nəzarət altına alınıb.

Busaat.az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Alibeyçağıl məhəlləsindəki meşəlik ərazidə başlayan yanğın nəticəsində təqribən 5 hektar ərazi zərər görüb. Hazırda həmin ərazilərdə soyutma işləri davam etdirilir.

Bununla yanaşı, Hassa rayonu ilə Kırıkhan Topboğazı istiqamətində eyni anda başlayan yanğını ilkin müdaxilə sayəsində söndürmək mümkün olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90