Nyu-Meksiko ştatının sakini Keyli Boumenin “Facebook”da paylaşdığı video görənləri çaş-baş salıb.
“Daily Star” xəbər verir ki, səhər məktəbə tələsən Keylinin qızı Lilli qarğanın göydə hərəkətsiz vəziyyətdə qaldığını görərək anasının diqqətini çəkib.
Qadının çəkdiyi videokadrlarda qarğanın, sanki qanad çaldığı məqamda donduğunu görmək olar.
K.Boumenin sözlərinə görə, quş özü hərəkətsiz olsa da, dimdiyini açıb-yumurdu.
Lilli məktəbə tələsdiyindən, hadisənin nə cür bitdiyini öyrənmək olmayıb.
Qeyd etmək lazımdır ki, hadisənin baş verdiyi gün Nyu-Meksiko ştatında havanın temperaturu mənfi 15 dərəcəyədək düşüb.
Lakin bu da quşun göydə qalmasına məntiqi izah gətirmir.
Çünki qarğa donduğu halda daş kimi yerə düşməli idi, lakin o göydə hərəkətsiz vəziyyətdə qalıb.