Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 702 $▼0.04%
  • Ethereum2 233 $▼0.12%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

Hazırki proseslər ssenaridir və buna hesablanıb - EKSPERT RƏYİ

image-news_20210927122837
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Sülh sazişinin bağlanmamasını cəbhədə vəziyyətin gərgin olması ilə əlaqələndirirlər. Hazırki proseslər sülh sazişinin bağlanmaması üçün yazılan ssenaridir”.

Bunu erməni təxribatlarının pərdə-arxasından danışan hərbi ekspert Elxan Şıxəliyev Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Ermənistan öz xislətinə sadiq qalaraq atəşkəsi pozub. Atəşkəsin pozulması isə münasibətlərin hər zaman böyük çaplı konfliktə çevrilməsi ehtimalını yaradır:

image-elxan-1678095942

“Ermənistanın hazırda atəşkəsi pozmasının arxasında niyyəti var. Yaxın zamanda Ermənistan-Azərbaycan liderlərinin görüşü planlanırdı. Ermənilər hər zaman yüksək səviyyəli görüşlər öncəsi belə təxribatlar yaradıb. Sülh sazişinin bağlanmamasını isə cəbhədə vəziyyətin gərgin olması ilə əlaqələndirirlər. Hazırki proseslər sülh sazişinin bağlanmaması üçün yazılan ssenaridir”.

“Sülh sazişi yoxdursa kiçik çaplı atəşkəsin pozulması halları hər zaman baş verəcək. Ermənilər atəşkəsi pozaraq təxribatların törədilməsinə Azərbaycanın göz yummayacağını anlamalıdır. “Qisas”, “Fərrux” əməliyyatlarını yadlarına salaraq öz hərəkətlərinə düzəliş etməlidirlər”, – ekspert əlavə edib.

Ələsgər

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109353