Hazırkı şəraitdə sülh danışıqlarının nəticə verməsi inandırıcı deyil – ŞƏRH

image-fe0c03c68d9dce57d1b52fbff2b8c0e8backend

Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi nəzərə tutulur. Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında mayın 25-də Moskvada keçiriləcək görüşdə sülh sazişinin imzalanmasını qeyri-real hesab etdiyini bildirib.

Növbəti Moskva görüşündə hansısa konkret razılaşmalar əldə oluna bilərmi? Azərbaycan tərəfi hansı təklifləri irəli sürəcək? Bu suallarla bağlı siyasi şərhçi Kənan Rövşənoğlu Busaat.az-a açıqlamasında hazırda sülh danışıqlarında nəticəyə ümidli olmadığını deyib:

image-f92c47dd-e739-4318-bc00-9b42ffa545ff

“Ümumiyyətlə, hazırkı şəraitdə sülh danışıqlarının nəticə verməsi inandırıcı deyil. Çünki hazırda danışıqlar üç paytaxtda – Moskva, Vaşinqton və Brüsseldə aparılır. Bu isə tərəflərin konkret razılığa gəlməsini əngəlləyir.

Hər üç paytaxtın özünün prosesə yanaşmasında fərq var, hər paytaxtda proses fərqli çərçivələrdə aparılır. Buna görə də danışıqlar prosesi uzanır, sürətli irəliləyişə nail olmaq çətinləşir.

Üstəlik Ermənistan hakimiyyəti də vəziyyətdə istifadə edərək danışıqları uzadır. Bu baxımdan hazırkı formada sülh danışıqlarının aparılmasının effekti azdır. Nəticə əldə etmək mümkün olmur.”

Bünyamin Bünyadzadə

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki