Türkiyə prezidentinin administrasiyası HƏMAS-ın siyasi qanadının rəhbərliyini Türkiyədən qovması ilə bağlı yayılan məlumatı yalan adlandırıb.
Busaat.az xəbər verir ki, bu barədə “Əl-Monitor” informasiya portalı “öz mənbələrinə” istinadən məlumat yayıb.
“Türkiyə prezidentinin HƏMAS-ın yüksək rütbəli üzvlərinə Türkiyəni dərhal tərk etmələri barədə göstəriş verdiyi barədə məlumatlar həqiqətə uyğun deyil”. Yalanlara inanmayın”, – administrasiyasanın məlumatında deyilir.
Natiq Kərimli,
Busaat.az