İki gün əvvəl cənub qonşumuz bizə, Azərbaycan mediasını təmsil edən KİV-ə narazılıq əlaməti olaraq Azərbaycan dövlətinə nota verib. Belə yerdə deyiblər, eyib sahibi hamıda eyib axtarar.
Madam İran KİV-i, ümumiyyətlə media məsələlərini bu qədər önəmsəyir, bir ölkənin KİV-də başqa ölkələrə qarşı səslənən fikirlərə həssaslıqla yanaşır, o halda haqlı olaraq sual ünvanlamaq yerinə düşməkdədir ki:
– “Əziz” İran, illərdir Azərbaycan tarixi, Azərbaycan dövləti və Azərbaycanla bağlı bütün məsələlərdə dezinformasiya yayan, reallıqlıqla əlaqəsi olmayan xəbər siyasəti yürüdüb, sırf Azərbaycanın beynəlxalq imicinə zərər vurmaq, ölkə daxilindəki sosial sabitliyi pozmaq istəyən və rəsmi Tehranın nəzarəti altında olan media ünsürlərinə niyə “yaşıl işıq” yandırmışdınız? Məgər sizə olar, biz sağlam və həqiqətə uyğun xəbər axışını təmin edəndə olmaz?
Yeri gəlmişkən, İran özündəki despotizmi nəzərə alaraq, media ilə bağlı bir məsələdə Azərbaycan dövlətinə nota verir. Azərbaycan demokratik ölkədir və burada İrandan fərqli olaraq, KİV xəbər siyasətini özü qurur, özü müəyyən edir. İran kimi totalitar ölkələr, əlbəttə, elə başa düşür ki, bütün ölkələrdə belədir və ona görə də, Azərbaycanda fəaliyyət göstərən KİV ilə əlaqələr qurub, əməkdaşlıq yaradaraq ziddiyyətli məqamları aradan qaldırmaq yerinə, medianı susdurmaq variantını sınayır.
Digər tərəfdən, İran mediası ilə az-çox tanışlığı olanlar yaxşı bilir ki, onlar həmişə Azərbaycanı hədəf kimi görmüş, bu siyasət tək son günlərin məhsulu deyil, Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk günlərdən davam edir. Xəzər dənizinin adı məsələsində, Xəzərin statusu məsələsində, İsrail-Azərbaycan əlaqələrinin inkişafı zamanı, Azərbaycan-Türkiyə əlaqələrinin müttəfiqlik mərhələsində və bir çox digər hallarda İran mediasının iki hədəfindən biri rəsmi Bakı olub.
Amma Azərbaycan tərəfdən İrana, onun xalqına qoyulan hörmətin nəticəsi olaraq, Azərbaycan KİV nümayəndələri də heç vaxt İrana qarşı kütləvi “ifşa” məqalələri yayımlamayıb. Aəzrbaycan dövləti kimi, Azərbaycan mediası da həmişə qonşu dövlətlər amilini yüksək tutaraq, İranı hədəf görməmiş, mehriban qonşuluq əlaqələri üçün çalışmışdır.
Ancaq o zamana qədər ki…
2020-ci il, Vətən müharibəsi başladı…
Zərbəni İrəvandan gözləyib, Moskva və Tehrandan təhdidlər duymaq Azərbaycan jurnalistlərini də silklədi. Açığı fərqinə vardıq ki, biz – Azərbaycan jurnalistləri o vaxta qədər yatmışıq. Həm də şirin-şirin, mışıl-mışıl…
Biz deyirdik ki, “mehriban qonşuluq”, “qarşılıqlı əməkdaşlıq”, “bir-birimizin ərazi və suverenliyinə hörmət” olsun, dinclik və ədalət bərqərar edilsin. Ancaq qarşılaşdığımız mənzərə o idi ki, erməni jurnalistlərdən, Ermənistan mediasından çox Rusiya və İran jurnalistləri və mediası vəlvələyə düşüb.
Onların qələmləri snayper, sözləri gülləyə dönmuş, ürəklərimizi deşik-deşik etmişdi…
İndi maraqlıdır ki, İran hansı üzlə media məsələsində nota verir? Özü də Azərbaycana…
Bütün beynəlxalq hüquq, qonşuluq münasibətlərini və tərəfdaşlıq əlaqələrini görməzdən gələrək Azərbaycanı hədəf alan İran mediasını susdurmaq bir vaxtlar daha ədalətli və vacib idi, amma bu, rəsmi Tehranın yadına düşmürdü.
Digər tərəfdən, Azərbaycan KİV jurnalistikanın prinsip və mahiyyətini ayaqlar altına atacaq hər hansı bir fəaliyyət etməyib. KİV rəsmi məlumatlar üzərindən xəbər siyasəti yürüdüb, yazılan və yayılan araşdırma və təhlillər real faklara söykənən və həqiqəti əks etdirən materiallar olub.
“Əziz” İran, sənin həqiqətin kirlidir. Biz nə edək?
Gəlin baxaq:
İran Ermənistana silah qaçaqmalçılığına dəstək vermiş, ərazisini və hava səmasını bunun üçün ərmağan etmişdir. Azərbaycan KİV isə bunu qabartmış, beynəlxalq hüquqa, eyni zamanda iki ölkə (Azərbaycan və İran – red.) arasındakı mehriban və dinc qonşuluq siyəsətinə, Azərbaycan xalqının hüquqlarına zidd olan bu addımları, Azərbaycan xalqına edilmiş bu xəyanətlər barədə həqiqəti hüquqlarından və sağlam informasiya ilə təmin edilməsinə cavabdeh olduğu Azərbaycan xalqına çatdırmışdır;
Azərbaycan müstəqil dövlətdir. İran ilə olduğu kimi dünyanın bütün dövlətləri, o cümlədən onun torpaqlarını işğal edən Ermənistanın özü ilə də münasibətlər qurmağa, əməkdaşlığa önəm verir. Ancaq rəsmi Tehran və onun KİV-i Azərbaycanın bu suveren haqqını qəsb etmək məqsədilə Aəzrbaycanın Qərb, İsrail və Türkiyə kimi ölkələrlə əlaqələrini həmişə hədəf almışdır. Azərbaycan KİV isə bunu qabartmış, beynəlxalq hüquqa, eyni zamanda iki ölkə (Azərbaycan və İran – red.) arasındakı mehriban və dinc qonşuluq siyəsətinə, Azərbaycan xalqının hüquqlarına zidd olan bu addımları, Azərbaycan xalqına edilmiş bu xəyanətlər barədə həqiqəti hüquqlarından və sağlam informasiya ilə təmin edilməsinə cavabdeh olduğu Azərbaycan xalqına çatdırmışdır;
İran işğal altında olan Qarabağ bölgəsini qeyri-qanuni biznes, xüsusən də narkobiznes mərkəzinə çevirmişdi. Azərbaycan KİV isə bunu qabartmış, beynəlxalq hüquqa, eyni zamanda iki ölkə (Azərbaycan və İran – red.) arasındakı mehriban və dinc qonşuluq siyəsətinə, Azərbaycan xalqının hüquqlarına zidd olan bu addımları, Azərbaycan xalqına edilmiş bu xəyanətlər barədə həqiqəti hüquqlarından və sağlam informasiya ilə təmin edilməsinə cavabdeh olduğu Azərbaycan xalqına çatdırmışdır;
İrandan idarə edilən KİV və rəsmi siyasətçilər dəfələrlə Azərbaycanı hədələmiş, Naxçıvanın və digər ərazilərimizin işğalına eyham vuran təhdidkar fikirlər səsləndirmişdir. Azərbaycan KİV isə bunu qabartmış, beynəlxalq hüquqa, eyni zamanda iki ölkə (Azərbaycan və İran – red.) arasındakı mehriban və dinc qonşuluq siyəsətinə, Azərbaycan xalqının hüquqlarına zidd olan bu addımları, Azərbaycan xalqına edilmiş bu xəyanətlər barədə həqiqəti hüquqlarından və sağlam informasiya ilə təmin edilməsinə cavabdeh olduğu Azərbaycan xalqına çatdırmışdır;
İran Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinməmiş, Azərbaycan daxilində təsir mərkəzləri və agenturalar formalaşdıraraq Azərbaycan dövlətini və xalqımızın dövlətçiliyini təhdid etmişdir. Azərbaycan KİV isə bunu qabartmış, beynəlxalq hüquqa, eyni zamanda iki ölkə (Azərbaycan və İran – red.) arasındakı mehriban və dinc qonşuluq siyəsətinə, Azərbaycan xalqının hüquqlarına zidd olan bu addımları, Azərbaycan xalqına edilmiş bu xəyanətlər barədə həqiqəti hüquqlarından və sağlam informasiya ilə təmin edilməsinə cavabdeh olduğu Azərbaycan xalqına çatdırmışdır;
Ən əsası, İran Azərbaycan xalqını birbaşa təhdid etməkdən çəkinməmiş, vaxtaşırı Azərbaycanın İranın bir parçası olması barədə bu ölkənin KİV və siyasi dairələrində təxribatlara yol verilmişdir. Azərbaycan xalqının çağdaş yaşamını qəbul etməmiş, sekulyar dəyərlərimizi ayaqlar altına atmış, Azərbaycanda dini dövlət qurmağa cəhd edən radikal dairələri ya formalaşdırmış, ya dəstək vermişdir. Azərbaycan KİV isə bunu qabartmış, beynəlxalq hüquqa, eyni zamanda iki ölkə (Azərbaycan və İran – red.) arasındakı mehriban və dinc qonşuluq siyəsətinə, Azərbaycan xalqının hüquqlarına zidd olan bu addımları, Azərbaycan xalqına edilmiş bu xəyanətlər barədə həqiqəti hüquqlarından və sağlam informasiya ilə təmin edilməsinə cavabdeh olduğu Azərbaycan xalqına çatdırmışdır.
Beləcə, açıq-aşkar bəlli olur ki, İran Azərbaycanı hərbi hədəf olaraq təyin edib, bu məqsədlərini reallaşdırmaq üçün zəmin hazırlayır və bu zəmini hər tərəfli “haqlı” müstəviyə daşıyır. Bu addımlar İranın daxilindəki Azərbaycan türklərinə hesablanıb və onların gözündə “kafir Azərbaycan” imici formalaşdırmağı hədəfləyir. Amma əbəs yerə. Azərbaycan türk millətinin ən böyük sərvəti onun öz milli kimliyinin aliliyini dərk etməyi, damarlarından axan əsil qanın qiymətini bilməsidir.
İranın bütün anti-Azərbaycan addımları necə ki uğursuz oldu, bu planları da uğursuzluğa məhkumdur.
Həşim Səhrablı / Busaat.az