Hərbçilərin olduğu avtomobil qəzaya uğradı: Ölən və yaralananlar var

image-e1d181bb165d30dd97202be98becc747850backend

Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb.

Busaat.az-ın məlumatına görə, hadisə Adanada baş verib. Hərbçilərin olduğu avtomobilin digər nəqliyyat vasitəsilə toqquşması nəticəsində 2 hərbçi həlak olub, daha 3 nəfər yaralanıb.

Yaralılar Kozan Dövlət Xəstəxanasına çatdırılıb. Qeyd edilir ki, onlardan birinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, qəzaya minik maşınının işıqforun qırmızı işığında yolu keçməsi səbəb olub. Nəticədə avtomobil hərbçilərin olduğu nəqliyyat vasitəsilə toqquşub.

Report

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90