Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 659 $▼0.09%
  • Ethereum2 231 $▼0.18%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

“Hərbiçilərimizə qarşı sərhəddəki təxribatlar onu göstərir ki, Paşinyan ölkəsinə nəzarət etməyi bacarmır”

image-c6b5082e-8352-442a-9e03-bec0278cb58f
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

15 iyun 2023 – cü il tarixdə erməni silahları tərəfindən dəfələrlə Azərbaycan dövlət sərhəddində atəşkəs pozulub. O cümlədən də Laçında yerləşən nəzarət – buraxılış məntəqəmizə də atəş açılıb. Nəticədə Azərbaycan sərhədçisi yaralanıb. Sülh sazişinin imzalanmasının tezliklə reallaşmasına hazırlıqların getdiyi bir ərəfədə erməni tərəfinin bu təxribatlarının anlamı nədir? Belə təxribatlarla İrəvan nəyə nail olacağını düşünür?

Hazırkı sərhəddəki konfliktlə bağlı AĞ partiya sədri Tural Abbaslı Busaat.az-a açıqlamasında bunları ifadə etdi:

“Bu erməni təxribatlarla ermənilər öz xislətlərini göstərirlər. Əslində ermənilər sülhə hazır olmadıqlarını sübut edirlər. Heç bir halda Azərbaycanla normal qonşu kimi yaşamaq istəmədiklərini bu təxribatlarla göstərmiş oldular.

Nikol Paşinyan hər yerdə sülhə hazır olduqlarını desə də reallıq isə göz qarşısındadır. Bu gün 1918 – ci ildəki kimi olan sərhəd və xətirələrə uyğun şəkildə sülhün bağlanmasını tələb edirik. Azərbaycan əraziləri yenə də erməni işğalındadır. Bura Zəngəzur və Basarkeçər olmaqla digər ərazilərdir.
Eyni zamanda Azərbaycanla sərhəddəki təxribatlar onu göstərir ki, Paşinyan ölkəsinə nəzarət etməyi bacarmır. Bu o demək deyil ki, biz Ermənistanla imzalayacağımız istənilən bir sənədi sabah Ermənistandakı digər qüvvələr qəbul etməyəcəkdir. Beləliklə də imzalanmış sülh müqaviləsinin heç bir nəticəsi olmayacaqdır. Belə bir sülh müqaviləsi bizə lazım deyil.

Azərbaycan əsgərinə, zabitinə edilən heç bir hücum da cavabsız qalmamalıdır. Dünyanın bütün ölkələrinin öz ərazisini və və vətəndaşlarını qorumaq hüququ var. Azərbaycan da bu hüquqa malik olmaqla öz təhlükəsizliyini qorumağa davam edir. Beynəlxalq qanunlara görə əgər qonşu dövlətdə idarəetmə sıradan çıxıbsa, digər qonşu ölkənin bəlli bir bufer zona, tampon hissə deyilən bir ərazidə təhlükəsizlik zonası yaratmaq hüququ var.

Hesab edirəm ki, əgər hadisələr belə davam edərsə, Azərbaycan hələlik öz şərti sərhədlərindən irəlidə təhlükəsizlik zolağı yaratmalıdır. Ona görə ki, heç bir silahlı hərbiçilərimizə heç vaxt silah aça bilməsin. Bir daha da belə bri təxribatlar törədilməsin.”

Bünyamin Bünyadzadə

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=112817