Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.76 $▼1.91%
  • WTI neft90.34 $▼1.21%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)3.003 $▲1.59%
  • Qızıl4 080 $▲0.63%
  • Gümüş51.97 $▲0.81%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda590.50 ¢▼0.80%
  • Bitcoin75 938 $▲0.27%
  • Ethereum2 244 $▲0.37%
  • S&P 5007 377▲0.27%
16°Bakı
  • USD1.7000
  • EUR1.9097
  • 100 RUB2.0796
  • GBP2.2881
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543
  • GEL0.6548
  • 100 KZT0.3759
  • UAH0.0373
  • 100 JPY1.0771
  • CHF2.0832
  • USD1.7000
  • EUR1.9097
  • 100 RUB2.0796
  • GBP2.2881
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543
  • GEL0.6548
  • 100 KZT0.3759
  • UAH0.0373
  • 100 JPY1.0771
  • CHF2.0832
Maraqlı

Hikmət Mirzəyev 28 il öncə - Fotolar

image-hikmetgeneral
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Vətən müharibəsində qəhrəmanlıqları ilə dastan yazan Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin hərbi xidmətə başladığı ilk illərə aid fotoları yayılıb.

Busaat.az  xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan və H.Mirzəyevin mükafatalandırılmasını əks etdirən görüntülər maraqla qarşılanıb. Hikmət Mirzəyev Birinci Qarabağ müharibəsi zamanı Xüsusi təyinatlı taborun üzvü kimi göstərdiyi şücaətə görə mükafatlandırılıb. Fotoların 1993-cü ildə çəkildiyi bildirilir.

Qeyd edək ki, komandan Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir. O, Biləsuvar rayonunda doğulub. “Aprel döyüşləri” və Vətən Müharibəsində aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi vaxtı – ötən il oktyabr 17-də ona general-leytenant ali hərbi rütbəsi verib. H.Mirzəyev Kəlbəcər, Şuşa, Qubadlı, Füzuli və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Vətən Müharibəsi qələbəsinə həsr edilən Zəfər paradında üç kolondan ibarət Xüsusi Təyinatlı Qüvvələrin parad heyətinə də komandan Hikmət Mirzəyev rəhbərlik edib.

image-hikmetmirzeyevimage-hikmetmir image-hik image-hikmetmuharibe image-hikmetherbi

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=48551