Polşanın müdafiə naziri Mariuş Blaşçak NATO missiyası çərçivəsində Hollandiyadan göndərilən F-35 döyüş təyyarələrinin ölkəyə gəldiyini bildirib.
Busaat.az xəbər verir ki, Polşanın müdafiə naziri Blaşçak “Twitter” hesabında etdiyi paylaşımda bu təyyarələrin Polşa ordusuna dəstək verəcəyini bildirib.
NATO missiyası çərçivəsində Hollandiyadan göndərilən F-35 döyüş təyyarələrinin ölkəyə çatdığına dair məlumatı paylaşan Blaszczak əlavə edib: “Təyyarə Malborkdakı 22-ci Taktiki Hava Bazasına çatıb. Polşa pilotları tezliklə bu ən müasir təyyarələri idarə edə biləcəklər”.
Blaşçak Ukraynaya dəstəyi davam etdirmək üçün koalisiya yaratmaq məqsədilə Leopard tanklarına sahib olan ölkələrlə danışıqlar apardığını da qeyd edib.