Hollandiyada keçirilən seçkilərdə Geert Vildersin partiyası irəlidə gedir.
Busaat.az xəbər verir ki, ümumi exit-poll nəticələrinə görə Vilders-in rəhbərlik etdiyi ifrat sağçı Azadlıq Partiyası (PVV) böyük fərqlə birinci olub.
“Ölkəni biz idarə edəcəyik” – İlk nəticələri dəyərləndirən Vilders qeyd edib.
Saat 23.00-da başa çatan səsvermədən sonra Vildersin partiyası parlamentdəki 150 yerdən 35-ni qazanaraq birinci yeri tutub. İşçi Partiyası Komissiyanın vitse-prezidenti Frans Timmermans və Green Left 25 yerlə ikinci olublar.