Husilər Yəməndə Səna Beynəlxalq Hava Limanında zəvvarları daşıyan 3 “Airbus 320” təyyarəsini saxlayıb.
Busaat.az “CNN”ə istinadən xəbər verir ki, bu barədə Yəmən Hava Yolları bəyanat yayıb.
Qeyd olunub ki, Səna hava limanında saxlanılan üç təyyarədə Həcc ziyarətindən sonra Yəmənə qayıdan yüzlərlə zəvvar olub.
Bəyanatda Yəmən Prezident Şurası, hökumət, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası, beynəlxalq hava nəqliyyatı təşkilatları və BMT husilərə müraciət edərək, təyyarələrin buraxılması ilə bağlı çağırış ediblər.