“Heydər Əliyev 102” adlı təntənəli ədəbi-bədii tədbir təşkil edilib

image-whatsapp-image-2025-05-08-at-15-35-23backend

6 may tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə həsr olunmuş “Heydər Əliyev 102” adlı təntənəli ədəbi-bədii tədbir təşkil edilib.

Konsert proqramının keçirilməsində əsas məqsəd müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, dahi siyasi xadim Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətlərini bir daha xatırlatmaq, Ulu Öndərin zəngin irsini gənc nəsil arasında təbliğ etmək olub.

Gənclər təşkilatlarının nümayəndələri, könüllülər və tələbələrin iştirak etdiyi tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında və müstəqil dövlət kimi formalaşmasında əvəzsiz xidmətlərindən danışıb.

Tədbirin bədii hissəsində Azərbaycanın tanınmış sənətçiləri və gənc ifaçılar səhnəyə çıxaraq Ulu Öndərin sevdiyi vətənpərvərlik ruhunda mahnıları səsləndiriblər. Eyni zamanda, gənclər tərəfindən şeirlər səsləndirilib və rəqs kompozisiyaları nümayiş olunub. Tədbir boyu qonaqlara Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı videomateriallar təqdim olunub və ölkəmizdə gənclər siyasətinin formalaşmasında gördüyü işlər göstərilib.

Tədbirin yekununda xatirə fotosu çəkilib

image-4596a8be-c504-4cf4-9edc-8ededa9781f0 image-306e2e82-2f5b-438b-8149-0d69c95e7ed6image-7b45af13-960f-4ee9-846d-e95e1c1eadf7image-476af57a-7a82-4311-9c96-d569b840147d-1 image-b275f77e-ee26-4fa4-ba8f-e6b93283a725

image-4bfb704a-6367-441a-939d-f2d97a93c41c image-675fc4da-6009-48e4-887a-f927eca5d55d image-7ce6621e-7441-4797-af93-d7afef5ed5e6 image-1685fa57-b493-4ee7-8a4b-35670e998611 image-ea6a2255-71a0-4045-91f5-d840ebd205fc

image-26de4ce0-eb73-49f4-8ee0-8b546ad06dfc image-a40a7411-fef8-4c4f-8831-58b9529c130c


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki