AZAL-ın Bakı-Moskva reyslərini təxirə saldı

image-azal_novruz_12cf8f2228-64833d49backend

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Bakıdan Rusiyanın paytaxtı Moskvaya həyata keçirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.

Busaat.az bu barədə AZAL-a istinadən xəbər verir.

“AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq. Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər”, – deyə aviaşirkət bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki