Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.48 $▲0.82%
  • WTI neft89.15 $▲0.86%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.270 $▼2.24%
  • Qızıl3 899 $▼0.49%
  • Gümüş49.92 $▼0.68%
  • Pambıq82.41 ¢▲4.93%
  • Buğda594.75 ¢▲0.68%
  • Bitcoin68 729 $▼3.70%
  • Ethereum1 932 $▼4.21%
  • S&P 5007 592▼0.33%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Analitika

Azərbaycan "İbrahim Anlaşması"na qoşula bilərmi? - Politoloqdan AÇIQLAMA

image-ibrahim
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Son zamanlar İsrail ilə bir sıra ərəb dövlətləri arasında imzalanan İbrahim Anlaşması beynəlxalq siyasi dairələrdə geniş müzakirə olunmaqdadır. Hazırda bu anlaşmaya Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeş qoşulub. Müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsini hədəfləyən bu sənədin gələcəkdə digər ölkələr, o cümlədən Azərbaycan tərəfindən də imzalanması ehtimalı zaman-zaman gündəmə gəlir.

Mövzu ilə bağlı politoloq Samir Hümbətov Busaat.az-a açıqlama verib.

Politoloqun sözlərinə görə, “İbrahim Anlaşması dörd ərəb dövləti Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeş arasında imzalanıb. Artıq bu ölkələrlə İsrail arasında müxtəlif sahələrdə razılaşmalar mövcuddur. Əsasən bu anlaşma siyasi, iqtisadi, mədəni, hərbi, təhlükəsizlik və ticarət sahələrində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.

image-jdslpvq4ahakyzg2cdu9rdlqvxdj3yz3-1

Bu sənədin imzalanması tərəflər arasında münasibətləri yalnız gücləndirmir, eyni zamanda müttəfiqlik əlaqələrinin dərinləşməsinə də xidmət edir. Hesab edirəm ki, Azərbaycan da bu anlaşmanı imzalaya bilər. Onsuz da Azərbaycanın İsraillə münasibətləri kifayət qədər yaxşıdır. Həm regional, həm qlobal müstəvidə, həm də ikitərəfli çərçivədə çox yaxşı əlaqələr mövcuddur və bu əlaqələr bu gün də davam edir. Xüsusilə mədəni sahədə əməkdaşlıq nəzərəçarpacaq dərəcədə inkişaf edir.

Bu baxımdan, sözügedən anlaşmanın imzalanması mənfi deyil, əksinə, müsbət tendensiya kimi qiymətləndirilə bilər. Düşünürəm ki, əgər belə bir razılaşma imzalanarsa, bu, həm Azərbaycan, həm də İsrail üçün müsbət təsirlər doğuracaq.

Nərmin Səmidova

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=163111