Bu günlərdə Niderlanddan olan iş adamları Remko Hellinqman və Akın Alan
ölkəmizə səfər etmişdilər. Sözügedən şəxslər əsasən Niderlandda uzun illərdir ki, hotel və turizm sektorunda fəaliyyət göstərirlər. Həmçinin bu iş adamları mütəmadi olaraq xeyriyyəçiliklə də məşğul olurlar. Xüsusilə də aztəminatlı ailələr üçün maddi yardımlar göstərirlər. Yeri gəlmişkən ölkəmizə səfər çərçivəsində də Akın Alan və Remko Hellinqmanın maddi dəstəyi ilə bir neçə aztəminatlı ailələrə ərzaq yardımı da göstərilib.
Bununla belə həm də iş adamları – Akın Alan və Remko Hellinqman eyni zamanda ölkəmizdəki turizm və hotelçilik imkanlarını da dəyərləndirmək üçün Azərbaycanın bir sıra regionlarına da səfər ediblər. Ümidvarıq ki, yaxın gələcəkdə dünyaca brend hotellər şəbəkəsi olan Rasperry Hotelər qrupu Azərbaycanda da fəaliyyət göstərəcəkdir.
Beləliklə Rasperry Hotellər qrupunun icraçı direktoru Akın Alanla bir müsahibə də etdik. Həmin müsahibəni sizə təqdim edirik:
Akın bəy, xoş gördük. Öncəliklə Azərbaycana xoş gəlmisiniz! Lütfən Azərbaycan mətbuatı üçün, insanlarımız üçün özünüz və işiniz haqqında az da olsa məlumat verəsiniz. Azərbaycana gəlməkdə əsas məqsədiniz nədir?
– Mən Niderlandda doğulmuşam. Anam və atam 1960-cı illərdə Niderlanda köç ediblər. Mən də Niderlandda doğulub orada da böyümüşəm. Əsl peşəm hüquqşünaslıqdır. Əmək hüquqşünaslığı üzrə fəaliyyət göstərirdim. 12 il öncə isə Remko Hellinqmanın Raspberry Group şirkətində çalışmaya başladım. Qeyd edim ki, Remko Hellinqman bu sahədə çox yüksək təcrübəyə malik bir iş adamıdır. Bu şirkət dünyada Raspberry Group kimi tanınır. Türkiyədə isə Börtlənd adı ilə tanınmaqdadır.
Əsas hədəfiniz nədir?
– Azərbaycan çox gözəldir. Bu ölkəyə turist axını çoxdur. Son zamanlarda da hökumət tərəfindən turizmə xüsusi diqqət göstərilir. Biz də Azərbaycan xalqına da yeni bir xidmət göstərmək istəyirik. Dəyişik və fərqli bir turizm xidmətini burada tətbiq etməyi düşünürük. Hotelçilikdə kifayət qədər təcrübəmiz var. Əminik ki, sizin təbiətiniz və yerli potensialınızla gözəl nəticələr edə biləcəyik. Biz əsasən hotelçilikdə Tine house xidmətlərinə üstünlük veririk.
Qeyd- “Tiny house”, hərfi mənada “kiçik ev” deməkdir. Bu, minimalist həyat tərzini təbliğ edən, adətən 10 ilə 30 kvadrat metr arasında dəyişən, kiçik ölçülü yaşayış evləridir. Bu evlər, həm sabit, həm də təkərli (mobil) ola bilər və daha az xərc və ətraf mühitə daha az təsir göstərərək, daha sadə və ekoloji cəhətdən təmiz bir həyat tərzini təklif edir.
-Əslində hər hotelçi deyər ki, onun təklif etdiyi xidmətlər çox özəldir. İlk başda zatən hər otelçidə lazım olan əsas xüsusiyyətlərdən önəmlisi qonaqpərvərlikdir. Bizim isə bu sahədə yüksək təcrübəmiz var. Buna görə də əsas istəyimiz, uyğun qiymətlərlə insanlara doğru-dürüst bir xidmət verməkdir. İnşallah inanırıq ki, hotel və turizm sahəsində dünya brendi olan Raspberry hotellər şəbəkəsi Azərbaycanda da ən müasir və ən yüksək xidmətlərlə insanların sevdiyi məkana çevirləcəkdir.
SÖHBƏTLƏŞDİ: BÜNYAMİN BÜNYADZADƏ