PKK-nın Fəaliyyətinin Sonu: Yeni Terror Qruplarının Yüksəlişi – AÇIQLAMA

image-pkkbackend

Son illərdə PKK-nın fəaliyyətinin zəifləməsi və beynəlxalq aləmdə terror təşkilatı olaraq tanınan bu qrupun özünü ləğv etməsi, həm Türkiyədə, həm də bölgədə ciddi müzakirələrə səbəb olub. PKK-nın silahı buraxması, yalnız bu təşkilatın fəaliyyətinin sona çatması deyil, həm də bölgə siyasətindəki yeni qüvvələrin ortaya çıxması və daxili siyasi dinamikaların dəyişməsi ehtimalını gündəmə gətirir.

Mövzu ilə bağlı, politoloq Oktay Qasımov Busaat.az-a açıqlama verib.

Politoloq PKK-nın ləğvinin bölgə və Türkiyənin daxili siyasətindəki təsirlərini geniş şəkildə analiz edib.

image-6704f5ec94535

“PKK-nın silahı buraxması, bu təşkilatın 1978-ci ildən bəri həyata keçirdiyi fəaliyyətin sona çatması anlamına gəlir. Lakin bununla, terrorun və PKK-nın fəaliyyətinin tamamilə dayandığını söyləmək olmaz. PKK-nın ləğvi, yalnız bir mərhələnin sonu deməkdir, çünki təşkilatın arxasında duran güclər, onun fəaliyyətini başqa adlarla və yeni formalarla davam etdirməyə cəhd edə bilərlər. İranda PJAK, Suriyada PYG, YPG kimi digər terror təşkilatları mövcuddur və bu qruplar, PKK-nın silah buraxması ilə bağlı ortaya çıxan boşluğu doldurmaq üçün hərəkətə keçə bilərlər.”

Oktay Qasımov, təşkilatın ləğvinin, Türkiyə daxilində də müəyyən dəyişikliklərə səbəb olacağını vurğulayıb: “Türkiyənin daxili siyasətində bu addım müəyyən dəyişikliklərə yol aça bilər. Xüsusilə, hal-hazırda Türkiyədə PKK-nın siyasi qolu olan bir partiya fəaliyyət göstərir. Bu, parlamentdəki siyasi balansları dəyişdirə bilər.”

Politoloq, PKK-nın zəifləməsinin Türkiyənin kürd məsələsini tam həll etdiyi anlamına gəlmədiyini də qeyd edib. Biz ümid edirik ki, bu addım, demokratik və siyasi proseslərin daha da sürətlənməsinə şərait yaradacaq, amma bu, terrorizm və qeyri-sabitliyin tamamilə aradan qalxması anlamına gəlməməlidir.

Oktay Qasımov əlavə edib ki, bu hadisə ilə əlaqədar olaraq, PKK-nın fəaliyyətinin sona yetməsi, bölgədə yeni terror təşkilatlarının yaranmasına yol açma potensialına malikdir və Türkiyə bu inkişaflara qarşı diqqətli olmalıdır.

Şövkət Əliyeva

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki