Türkiyəli aktyor İbrahim Çelikkolun yeni layihəsi bəlli olub.
Busaat.az xəbər verir ki, aktyor “Güneş tutulması” adlı yeni serialda rol alacaq. Ekran işində çəkiləcək digər aktyorların kimliyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, İbrahim son olaraq “Bir zamanlar Çukurova” serialında obrazlardan birini canlandırıb.