İcra başçısı və müavininin məhkəməsi təxirə düşdü

İcra başçısı və müavininin məhkəməsi təxirə düşdübackend

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən icra başçıları ilə bağlı ilk məhkəmə prosesi start götürür.

Busaat.az xəbər verir ki, DTX tərəfindən ilk həbs edilən Ağstafa rayon sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov bu gün hakim önünə çıxır.

Onların cinayət işi üzrə məhkəmə prosesinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırov sədrlik edir. Hazırlıq iclası bir neçə dəqiqədən sonra başlayacaq.

Onlar hər üçü külli miqdarda rüşvət almaqda ittiham edilirlər.

***

N.Quliyev və R.Tatarovun bugünkü hazırlıq iclası təxirə düşüb. Proses yanvarın 29-u saat 12-də davam etdiriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90