İcra başçısının qardaşı oğlu atasını buna görə ÖLDÜRÜB

image-64c396ab85a71202307232131backend

İyulun 26-da Kürdəmirdə baş verən ölüm hadisəsinin yeni təfərrüatları məlum olub.

Belə ki, ilkin məlumatda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun ehtiyatsızlıqdan özünə xəsarət yetirərək öldüyü deyilsə də, hadisənin baş verməsində onun oğlu 2005-ci il təvəllüdlü Qaraşov Azay şübhəli bilinib.

Mərhumun ailə üzvləri isə Bizim.Media-ya bildiriblər ki, hadisə ailə münaqişəsi zəmnində baş verib. Belə ki, mərhum Azər Qaraşov evdə həyat yoldaşı ilə mübahisə edib. Bu zaman bunu görən Azay Qaraşov evdəki odlu silahla atasına bir neçə dəfə atəş açıb. Azər Qaraşov aldığı ağır xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib.

Baş Prokurorluq Kürdəmir rayon sakini Azər Qaraşovun iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı İstintaq İdarəsində cinayət işi başlanıdıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki