Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.18 $▲1.57%
  • WTI neft86.48 $▲1.73%
  • Avropa qazı (TTF)84.45 €▲0.48%
  • Təbii qaz (ABŞ)3.149 $▲2.01%
  • Qızıl3 872 $▼0.13%
  • Gümüş47.61 $▲0.26%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda612.25 ¢▲2.13%
  • Bitcoin63 680 $▼1.75%
  • Ethereum1 775 $▼2.39%
  • S&P 5007 321▼1.33%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Sağlamlıq

“İki dozadan 6 ay sonra üçüncü doza vurula bilər” - Teymur Musayev

image-teymur
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ölkəmiz lazımi miqdarda vaksin alır. 2021-ci ilin 18 yanvar tarixindən etibarən  vaksinasiya davam edir, ölkə əhalisinin 60 faizi iki doza peyvəndlənib”.

Busaat.az  xəbər verir ki, bunu Azərbaycan səhiyyə nazirinin müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, əhali iki doza vaksinasiyadan 6 ay keçəndən sonra üçüncü dozanı vurdura bilər: “Bizim statistik göstəricilər şəffafdır. Bu sahədə dünya ölkələri vaksinlərin paylanması ilə bağlı qlobal siyasət qəbul etməlidir”.

T.Musayev həmçinin qeyd edib ki, COVID-19 səhiyyə sisteminə təzyiqlər göstərməkdədir. Yüksək gəlirli ölkələrdə 133 doza 100 nəfərə düşürsə, aşağı təminatlı ölkələrdə 4 doza 100 nəfərə düşür.

O əlavə edib ki, ölkədə pandemiyanın birinci günündən etibarən pandemiya ilə mübarizədə səmərəli işlər görülüb: “COVİD çarpayılarının sayı 50 minə çatıb. Süni nəfəs aparatları gətirilib”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=62358