Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.87 $▼0.42%
  • WTI neft87.84 $▼0.57%
  • Avropa qazı (TTF)86.07 €▼5.37%
  • Təbii qaz (ABŞ)3.170 $▲0.38%
  • Qızıl3 871 $▲0.02%
  • Gümüş47.52 $▲0.42%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda590.25 ¢▲0.60%
  • Bitcoin64 110 $▼1.84%
  • Ethereum1 796 $▼2.09%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

"İki həftədən sonra daha pis nəticələr görə bilərik” - TƏBİB rəsmisi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Biz öncə də demişdik ki, yoluxma artıma doğru gedir. Hazırki rəqəmlərdən də bunu görə bilərik. Təəssüf ki, bu artım davam edəcək. İnsanlarda o qədər arxayınlıq yaranıb ki… Belə olsa, iki həftədən sonra daha pis nəticələri görə bilərik”.

Busaat.az xəbər verir ki, bunu REAL TV-nin efirində TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. O bildirib ki, Azərbaycan haqlı savaşında fikirlər ön cəbhəyə yönəlməlidir, amma arxa cəbhəni də unuda bilmərik:
“Arxa cəbhədə olan naliyyətsizlik, ön cəbhə üçün də çətinliklər yarada bilər. Yoluxmaların sayı gələcəkdə hərbi-zabit heyətinə də təsir göstərə bilər. Xəstəxanalarda həkim, eyni zamanda çarpayı qıtlığına səbəb ola bilər. Bu problem bizim qələbə sevincimizə də səbəb ola bilər. Elə edək ki, koronavirusa zabitlərimizi də düçar etməyək. Sadəcə, fərdi məsuliyyətsizlik, arxayınlaşma yarandı. Baxmayaraq yumşalmalardan sonra, təkrar artımın ola biləcəyin dəfələrlə qeyd etmişdik. Bəsit tədbirləri görməliyik. Ciddi nəzarət olsa belə yüksəlişin şahidi olacağıq. İnsanlar təmasdan qaçmalıdırlar. Zəruri olmadıqca bir-birinin evinə getməməlidirlər. Qapalı məkanlarda maska mütləq istifadə etməlidirlər. Hal-hazırda kritik günlər yaşayırıq. Məktəblərin bağlanması, metronun işləməməsi yetərli olmaya bilər. Düşünürəm ciddi nəzarət lazımdır. Avropa ölkələrində ciddi nəzarət tədbirləri görülür. Əgər belə artım olsa, sərt karantin rejiminə cəlb oluna bilər. Biz haqq savaşındayıq. Onlara da həkim lazım olacaq. Məsuliyyətsiz baxımından virusa yoluxmuş insanlara vaxt itkisi olar, çünki hərbçilərimizə görə məsuliyyətli olmalıyıq. Xəstəliyin artmasına özümüz şərait yaradırıq. Konkret olaraq bu, məsuliyyətsizlik səbəbindəndir”.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=22004