İki mikroavtobus toqquşdu – 4 nəfər xəsarət aldı

image-8a568baa-61d0-34ef-bc9d-d6ead1daeca6_850backend

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Busaat.az xəbər  verir ki, Sumqayıt şəhər sakini 1962-ci il təvəllüdlü Əliyev Nazim Əyyub oğlunun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla 1973-cü il təvəllüdlü Məmmədov Elxan Qulu oğlunun idarə etdiyi “Mercedes” markalı 521 saylı marşrut mikroavtobusu toqquşub.

Nəticədə 521 saylı marşrutda olan sərnişinlər 1986-cı il təvəllüdlü Məmmədova Elmina Məhəmməd qızı, 1973-cü il təvəllüdlü Adıyeva Vəfa Qardaşxan qızı, 2007-ci il təvəllüdlü Məmmədli Sevda Zaur qızı və 1998-ci il təvəllüdlü Atakişiyeva Türkan Atakişi qızı xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki