“İkigünlük sosial təcrid səmərəli addımdır” – Partiya sədri

“İkigünlük sosial təcrid səmərəli addımdır” – Partiya sədribackend

“Bəzi siyasilərin və xaricdəki bloggerlərin polislə vətəndaşı süni şəkildə qarşı-qarşıya qoymaq cəhdləri ölkədə anarxiya mühitinin yaradılmasına, cəmiyyətin xaosa sürüklənməsi məqsədinə xidmət edir”.

Busaat xəbər verir ki, bunu həftəsonu tətbiq olunan ikigünlük sərt karantin rejimini fonunda vətəndaş-polis münasibətini şərh edən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

Əlisahib Hüseynova görə, iki günlük sərt karantinin tətbiqi zamanı hansısa neqativ halların baş verməsi gözlənilən idi. lakin bu vəziyyəti faciə kimi qəbul etdirməyə çalışmaq doğru addım deyil:

“”Azərbaycan ikigünlük karantin sınağından uğurla çıxa bilmədi”, “hökumət son 48 saatdan öz dərsini aldı” kimi təhrikçi, qızışdırıcı ifadələri tirajlayaraq polislərlə vətəndaşlar arasında baş verən qarşıdurmaları sensasiya kimi təqdim edənlər, həftəsonu ikigünlük evdə qalma qadağasının əhəmiyyətini azaltmağa çalışanlar sağlam mövqe nümayiş etdirmirlər. İkigünlük sosial özünütəcrid qərarı son günlər “Covid 19” infeksiyasına yoluxanların sayında baş verən artıma adekvat olaraq verilib. Məqsəd də gün kimi aydındır. Yəni ki, tətbiq olunan addım istirahət günlərində paytaxtda və digər iri şəhərlərimizdə yaşanan izdihamın, qələbəliyin daha geniş yoluxmalara yol açmasını önləmək məqsədi daşıyır.

Heç şübhəsiz ki, proseslərin gedişatına uyğun olaraq qəbul edilən bu qərarın tətbiqi zamanı hansısa neqativ halların baş verməsi də gözlənilən idi. Lakin bütövlükdə ikigünlük sosial təcriddən ortaya çıxan nəticələrin üzərinə kölgə salmaq olmaz. Bu tədbiri ümumən səmərəli addım kimi qəbul edə bilərik. Polislərlə baş verən qarşıdurmaları isə faciə kimi təqdim etmək lazım deyil. Axı polis də, vətəndaşlar da bizimdir. Bəzi siyasilərin və xaricdəki bloggerlərin polislə vətəndaşı süni şəkildə qarşı-qarşıya qoymaq cəhdləri ölkədə anarxiya mühitinin yaradılmasına, cəmiyyətin xaosa sürüklənməsi məqsədinə xidmət edir. Bu, çox təhlükəli tendensiyadır. Radikal siyasi qüvvələr pandemiya və karantindən öz siyasi maraqları üçün istifadə etmək cəhdlərindən əl çəkməlidirlər. Biraz da ölkəmizin, millətimizin, dövlətimizin maraqlarını düşünmək lazımdır”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90