Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdəuğurla həyata keçirən və yeni dövrün ruhuna uyğunzənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlikfəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrünçağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevinrəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemindəözünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.
Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanıinamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalqtəşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərindəinamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xaricisiyasət yürüdür. Qlobal böhranlardan çıxış yolları axtarışındaonun fikrinə, rəyinə hörmətlə yanaşılır.
Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.
Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünəqədəm qoydu.
Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarınımöhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdəözünü göstərdi. Xarici siyasət kursunda tarazlaşdırılmışkonsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizindostlarının sayı çoxaldı, bizimlə müttəfiqlik etmək istəyənölkələrin sırasına yeniləri əlavə olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi. Bunu sübut edən ən böyük amillərdən biri Azərbaycanın BMT TəhlükəsizlikŞurasının üzvü seçilməsi oldu. Müstəqillik tariximizin ən böyük nailiyyəti olan bu hadisə Azərbaycanda yürüdülənsiyasətə və beynəlxalq birliyin Prezident İlham Əliyevinfəaliyyətinə verdiyi önəmin, Azərbaycana olan inam və etimadın təzahürüdür. Ölkəmiz, nəticə etibarilə, bütün regional məsələlərdə əsas oyunçuya çevrildi.
Günümüzün bu reallığı beynəlxalq siyasətçilər, ekspertlərtərəfindən də təsdiqlənir: Azərbaycanda həyata keçirilən siyasətinalternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır.
Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıdadaha möhtəşəm uğurlar gözləyir.
Nəsimi rayon sakini, Vətən müharibəsi qazisi
Mehman İbrahimov