Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft93.32 $▲0.95%
  • WTI neft87.16 $▲0.60%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.230 $▼1.85%
  • Qızıl3 993 $▼1.51%
  • Gümüş51.84 $▼1.29%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda600.00 ¢▲1.01%
  • Bitcoin74 152 $▲0.62%
  • Ethereum2 073 $▲1.11%
  • S&P 5007 624▲1.36%
12°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
İlham Əliyev

İlham Əliyev Kubanıçbek Ömüralıyevi qəbul edib

image-l2svznnkgk4rilhoicnuog5cvbdzpwwefxt03zvn_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.Busaat.az xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə qonağın görüşləri məmnunluqla xatırlandı.

Baş katib Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Dövlət başçısı təbriklərə görə təşəkkür etdi.

Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artması, üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi işinə Azərbaycanın verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunduğu vurğulanaraq, tədbir çərçivəsində təşkilatın gündəliyində duran aktual məsələlərin müzakirə ediləcəyi bildirildi.

Dövlət başçısı bu Zirvə Görüşünün Türk dünyasında dostluq, həmrəylik və tərəfdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Söhbət zamanı Azərbaycanla təşkilat arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=173653