Məzmuna keç
  • Brent neft95.51 $▲0.25%
  • WTI neft88.51 $▲0.19%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.125 $▼1.04%
  • Qızıl3 867 $▼0.08%
  • Gümüş47.66 $▲0.72%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda591.00 ¢▲0.72%
  • Bitcoin64 447 $▼1.33%
  • Ethereum1 804 $▼1.67%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
İdman

İlham Əliyev türkiyəli atletləri təltif etdi - Sərəncam

image-ilham
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Prezident İlham Əliyev Türkiyə idmançılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən aşağıdakı Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Cansu Bektaş

Qamze Altun

Nuray Güngör.

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Cansu Bektaş qızıl, Qamze Altun isə gümüş medal qazanmışdı. Onlar medallarını Azərbaycana həsr ediblər. Buna səbəb İrəvandakı açılış mərasimində Azərbaycan bayrağının yandırılması və bundan sonra millimizin yarışdan imtina edərək vətənə qayıtması idi.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində gənclər və idman naziri Fərid Qayıbova C.Bektaşı və Qamze Altunu ölkəmizə dəvət etməsi barədə tapşırıq verdiyini açıqlamışdı. Ötən gün isə türkiyəli atletlər Bakıya səfər ediblər.

Fotoda soldan sağa Cansu Bektaş, Qamze Altun, Nuray Güngör

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108187