ABŞ-ın Kaliforniya ştatındakı San- Dieqo Safari Parkında 2 qorilla üzərində aparılan koronavirus testinin müsbət nəticələndiyi açıqlanıb.
Busaat.az xəbər verir ki, 6 yanvarda heyvanlar öskürməyə başladıqdan sonra Kaliforniya Heyvan Sağlamlığı və Qida Təhlükəsizliyi Laboratoriya Sistemi (CAHFS) tərəfindən “COVID-19” testi götürülüb.
Qorillalardan alınan nümunələr ABŞ Kənd Təsərrüfatı Nazirliyinə (USDA) bağlı Milli Baytarlıq Xidmətləri Laboratoriyalarına (NVSL) göndərilib.
8 yanvarda aparılan ilkin testlər nəticəsində məlum olub ki, ilk dəfə olaraq qorillalar koronavirusa yoluxub.
Hətta onlarda koronavirusun mutasiyaya uğramış yeni növü “SARS-CoV-2 2” də ortaya çıxıb.