İmperator hədiyyəsi olan saat və yaxud tarixi liftin sirri – Fotolar

image-762c4ab2-3f54-4346-96fe-faf5015f4977backend

Dünya pandemiya ilə mübarizə aparır. Aviaşirkətlər bütün dünyada pandemiya dövründə öz uçuşlarını dayandırmaq məcburiyyətində qalıb. Dünyanın bu başından, o başına  səyahət edən turistlər pandemiya dövründə “evdəqal” kampaniyasına riayət etmək məcburiyyətində qalıblar. Dünya ölkələri yumşalmaya gedən kimi turistlər yenə dünyanı gəzməyə başlayıblar. Sözsüz turistlər üçün ilk ağla gələn ölkələrdən biri də Türkiyədir. Bəs, niyə Türkiyə? Bax, bu çox maraqlıdır. Çünki Türkiyə turizmin beşiyi sayılır. Avropa və Asiya ölkələrindən fərqli olaraq Türkiyədə ölkəyə gələn turistlərə sevgi ilə yanaşırlar. Məhz bu amil Türkiyəyə pandemiya dövründə də turistlərin axınını daha da sürətləndirib. Tarixi abidələri, ləziz mətbəxi, bir-birindən gözəl otelləri olan Türkiyə artıq turizmin pandemiya dövründə ən çox ziyarət edilən ölkəsi olub.

Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bu ölkədə işgüzar səfərdə olan azərbaycanlı jurnalistlər də pandemiya dövründə turizm məkanlarını ziyarət ediblər. Busaat.az xəbər verir ki, jurnalistlər  İzmirdə dünyanın ən əsrarəngiz abidəsi olan İzmir saat qülləsini ziyarət ediblər. Tarixi ənənələrdən süzülüb gələn tarixi bir abidə olan İzmir qülləsini il ərzində çoxsaylı turist ziyarət edir.

Təhlükəsizliyin qarantı olan Türkiyə elə turistlərin də zəmanət rolunu oynayır. Bütün turistlərin ziyarət etmək üçün gəldiyi İzmir qüüləsi necə inşa edilib?

İzmir şəhərində Osmanlı sultanı II Əbdülhəmidin taxta çıxmasının 25-ci ildönümünü qeyd etmək məqsədilə 1901-ci ildə inşa edilən saat qülləsinin maraqlı tarixçəsi var. Belə ki, Saat qülləsi İzmirin Konak meydanında yerləşən tarixi abidədir. Qüllənin hündürlüyü 25 metr və dörd mərtəbəlidir. Qüllə sultan II Əbdülhəmidin istəyi ilə Osmanlı əyalətlərində eyni dövrdə tikilmiş çoxsaylı saat qüllələrindən biridir. Lakin orijinal memarlığı və tikintisində tətbiq olunan metod sayəsində həmin Saat qülləsi digərlərindən fərqlənir.

İzmirli memar Raymond Şarl Pere tərəfindən dizayn olunan qüllənin saatı alman imperatoru II Vilhelm hədiyyə edilib. Maraqlıdır ki, qüllədəki saat 2016-cı ilə qədər işləyib. Bu gün İzmirə gələn istənilən turist saat qülləsini ziyarət edir, buradakı tarixi abidələri də ziyarət edir. Pandemiya ərəfəsində Avropa ölkələrindən gələn, həmçinin rusiyalı turistlər bu ərazini ziyarət edirlər.

İzmir Türkiyənin tarixi abidələrlə zəngin olan üçüncü böyük turistik şəhəri hesab olunur. Xristian toplumlarından qalma abidələrin Osmanlının işğal etdiyi ərazilərdən tapılması, təbii sərvət sarıdan kasıb olan Türkiyə üçün sözün əsl mənasında həyat işığına çevrilib. Dünyanın demək olar ki, bütün ölkələrindən insanları maqnit kimi özünə çəkən bu məkanlar İzmir əhalisi üçün yaxşı gəlir mənbəyidir.

Tarixin gerçək üzü, qədim liftin tarixi…

İzmirli iş adamı Nesim Levinin tikdiyi 155 pilləli dik pilləkənlər bir əsrdən çoxdur ki, iki küçəni birləşdirir. İş adamı 1907-ci ildə buranı inşa etdirəndə düşünülməzdi ki, illər sonra bura turistlərin sevimli məkanına çevriləcək. Əslində, çoxsaylı mağazaları olan  Nesim Levi buranı Karataş Xəstəxanası  üçün inşa etdirmişdi.

İş adamı 155 pilləli bir lift inşa etməklə, Mithatpaşa küçəsi ilə Şehit Nihat Bəy küçəsində nəqliyyatın işini asanlaşdırmaq istəyirdi. İndi minlərlə turist gün ərzində bu pillələri keçərək ərazini ziyarət edir. Türkiyənin ən gözəl ərazilərindən biri hesab edilən bu tarixi abidə öz memarlıq üslübu ilə hər kəsi heyrətləndirir. Yolunuz İzmirə düşsə, mütləq bu tarixi füsunkar yeri ziyarət edin.

#GoTürkiye
#OnlyInTürkiye
#ReTurkey
#SafeTourism
#ReadyAndSafeTürkiye
#SafeTourismTürkiye

Emin Fərzəliyev / İzmir

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki