
"İndicə Baydenlə danışdım, tezliklə..." - Zelenski
Volodimir Zelenski ilə Cozef Bayden arasında telefon danışığı olub.
Bu barədə Volodimir Zelenskinin özü bildirib.
“İndicə ABŞ Prezidenti ilə danışdıq. Antirusiya sanksiyaları və Ukraynaya müdafiə dəstəyi məsələsində ABŞ rəhbərliyini müzakirə etdik”, – Zelenski tviterdə yazıb.
O, həmçinin Baydenə dəstəyə görə təşəkkür edib.























