“İnşaat materiallarının qiymət artımı daşınmaz əmlakların bahalaşmasının əsas səbəbidir…”

image-de6673d7-b79a-48d0-b288-c94726950162backend

Bu il ölkəmizdə daşınmaz əmlak bazarında qiymət artımları müşahidə olunmaqdadır. Bunun isə bir sıra subyektiv səbəbləri var. İnşaat materiallarının satış dəyərindəki artım və digər əsaslı faktorlar daşınmaz əmlak qiymətlərinə təsirsiz ötüşmür. Daşınmaz əmlak bazarındakı indiki vəziyyətin səbəbi nədir?

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Busaat.az – a açıqlamasında bunları dedi:

“Qeyd etdiyiniz kimi daşınmaz əmlak sektorundakı bahalaşma paytaxtda və digər ərazilərdə özünü daha çox göstərir. Bunun səbəbi isə yeni tikililərin çox olmasına baxmayaraq inşaat bazarındakı qiymət artımıdır. Bu bahalaşma eyni zamanda kirayə evlərinin də qiymətlərinə təsir edir. Misal üçün yay aylarında bir otaqlı evlərin qiyməti 250 manatdan başlayırdısa, indi sadə evlər 300 manatadır. Qiymət artımının digər səbəblərindən biri də əhalinin gəlirləri ilə bağlıdır. Xüsusən də son vaxtlarda əhalinin gəliri az olduğundan kirayə haqqını verməkdə çətinliklərlə üzləşirlər. Hər zamankı kimi alıcılar daha çox qiyməti aşağı olan evləri almağa üstünlük verir. Ümumilikdə isə alıcılıq qüvvəsi də azalıb. Daha əvvəllər evlər söküləndə sakinlərə kompensasiya ödənilirdi. Kompensasiya alan şəxslər də rahatlıqla yeni mənzil ala bilirdilər. Amma indiki situasiya tam fərqlidir. Tikinti şirkətləri evləri sökdüyü zaman elə öz tikdiyi binalardan sakinlərə ev təklif edir.

Daşınmaz əmlak bazarında hər zaman tələbələrin axını ilə bağlı canlanma olur. Həmin vaxt təqribən qiymətlərdə 20-25 faiz artım müşahidə olunur.

Bundan başqa mənzil və bina alışlarında qiymət dəyişimi həmçinin torpaq alqı – satqısında da hiss olunur. İqtisadi göstəricilər son dövrlərdə daşınmaz əmlak bazarında vəziyyəti hələlik mənfiyə doğru dəyişir. Sadəcə ucuz torpaq sahələrinə olan maraq var, bu da əvvəlki dövrlərlə müqayisədə azalıb. Qeyd edim ki, onunla ümumi makro-iqtisadi göstəricilərin azalması, alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır. Bu eyni zamanda fərdi  yaşayış evlərinin tikintisinə də mənfi təsir göstərir. Ümumi tendensiya ilə bağlı olan bir məsələdir.

İnşaat bazarında qiymətlərin artımı, birmənalı şəkildə daşınmaz əmlakların bahalaşmasının başlıca səbəbidir.”

Bünyamin Bünyadzadə

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki